Belarus Dövlət İqtisad Universitetinin nümayəndəsi: “Belarusda Azərbaycan dili öyrənilir, amma bu biz istədiyimiz səviyyədə deyil”

Belarus Dövlət İqtisad Universitetinin nümayəndəsi: “Belarusda Azərbaycan dili öyrənilir, amma bu biz istədiyimiz səviyyədə deyil”
"3 il ərzində Azərbaycanda çoxlu dəyişikliklər olub. Şəhərin hündürmərtəbli binaları, küçələri, yolları, bir sözlə bütün infrastrukturu çox dəyişilib". SİA-nın xəbərinə görə, bunu Belarus Dövlət İqtisad Universitetinin nümayəndəsi Eleonora Hüseynova deyib. O bildirib ki, Belarusda digər millətlərə, o cümlədən azərbaycanlılara qarşı çox gözəl münasibət göstərilir. Onun sözlərinə görə, Belarusda Azərbaycan dili öyrənilir, amma bu biz istədiyimiz səviyyədə deyil. Nümayəndə vurğulayıb ki, hələlik kiçik uşaqlar, məktəblilər Azərbaycan dilini öyrənirlər.

"Amma Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi açılıb. Bunun vasitəsilə biz müxtəlif tədbirlər təşkil edir, faciələrimizin ildönümünü qeyd edirik. Yaxın günlərdə biz növbəti tədbirimizi təşkil edəcəyik. Belə ki, mayın 6-sında Belarusda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd olunacaq. Həmçinin, mərkəzdə bu münasibətlə seminar təşkil olunacaq. Bütün bunlar Azərbaycanın Belarusdakı Səfirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə keçirilir. Bir sözlə, son 5 ildə Azərbaycan və Belarus arasındakı münasibətlər, əlaqələr daha yüksələn xətlə inkişaf edib", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə