Bakı Slavyan Universiteti ilə Ural Dövlət Universiteti arasında ikili diplomların verilməsi planlaşdırılır

Bakı Slavyan Universiteti ilə Ural Dövlət Universiteti arasında ikili diplomların verilməsi planlaşdırılır
"İlk dəfə Azərbaycanda 2005-ci ildə olmuşam və o zaman Bakı Slavyan Universiteti ilə Rusiyanın Ural Dövlət Universiteti arasında gələcək əlaqələrin inkişaf etdirilməsinə dair müqavilə imzalanıb". SİA-nın xəbərinə görə, bu barədə Ural Dövlət Universitetinin nümayəndəsi Aleksandr Nesterov məlumat verib. O bildirib ki, son illər Azərbaycanla əlaqələr daha da yüksək xətlə inkişaf etdirilir. Onun sözlərinə görə, bir il bundan öncə Yeketerinburqda Azərbaycan Respublikasının baş korpusunun açılışından sonra əlaqələr daha da inkişaf edir, müxtəlif tədbirlər keçirilir. A.Nesterov vurğulayıb ki, bu il Moskvada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunan böyük elmi-konfrans təşkil olunub.

"Bakı Slavyan Universiteti ilə də müxtəlif əməkdaşlıqlar mövcuddur. Hazırda Bakı Slavyan Universiteti ilə Ural Dövlət Universiteti arasında həm bakalavr, həm də magistr pillələri üzrə ikili diplomların verilməsi haqqında razılığın əldə edilməsi planlaşdırılır. Biz heç bir problemsiz düşünürük ki, ölkələr və universitetlərarası əlaqələr hər zaman davam edəcək. 6 il ərzində müəyyən perspektivlər var və gələcəkdə də bunların inkişaf etdirilməsini nəzərdə tuturuq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə