Tələbələr qan verib

Bakı Baş Səhiyyə İdarəsinin və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 3-də N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində könüllü qanvermə aksiyası keçirilib.

SİA-nın xəbərinə görə, aksiya zamanı 172 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə