Bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü və BMT tərəfindən elan olunmuş beynəlxalq gənclər ili çərçivəsində Şərqi Avropa və MDB ali məktəb tələbələri arasında informatika üzrə I Beynəlxalq Olimpiada öz işinə başlayıb. SİA-nın məlumatına görə, olimpiadanın keçirilməsində əsas məqsəd tələbələrdə elmi bilik və fəaliyyətə marağın artması, elmi cəmiyyət, dərnək, xüsusi kursların fəaliyyətinin artırılması zəminində həvəsləndirmə, xüsusi istedadlı tələbələrin aşkarlanması üçün şəraitin yaradılması və onların kollektivdə işləmək bacarıqlarının artırılmasıdır.
Tədbirə Belarus, Qazaxıstan, Latviya, Özbəkistan, Estoniya, Qırğızıstan, Ukrayna və Gürcüstandan 33 tələbə qatılıb.
Azərbaycan bu yarışda Bakı Dövlət Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və Qafqaz universitetindən olan 9 tələbə ilə mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB