"Hazırda MİQ imtahanının ləğv edilməsi müzakirə olunmur" - Təhsil Nazirliyi

"Ölkədə olan mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq Müəllimlərin İşə Qəbul (MİQ) imtahanının keçirilmə tarixlərinə və formatına dair təkliflər nəzərdən keçirilir və müxtəlif ssenarilər hazırlanır".

SİA xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.

O deyib ki, növbəti həftə MİQ imtahanı üçün qeydiyyat tarixləri və imtahanın keçirilmə formatına dair rəsmi məlumat veriləcək: "Hazırda MİQ imtahanının ləğv edilməsi müzakirə olunmur".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...