Xaricdə doktorantura təhsilinin maliyyələşməsi qaydası açıqlanıb

"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşməsi qaydası açıqlanıb. SİA xəbər verir ki, "2019-2023-cü illərdə Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı keçirilən onlayn mətbuat konfransında Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli bildirib ki, doktorantura təhsilinin maliyyələşməsi 2 istiqamətdə baş verir:

"Birinci maliyyələşmə universitetlərə qəbul olan tələbənin təhsil haqqının ödənilməsi, ikincisi isə tələbənin yaşayış üçün xərclərinin ödənilməsidir. Bu məsələyə tələbənin oxuduğu yaşayış standartına uyğun olaraq baxılacaq. Əgər tələbə oxuyursa və təhsil xərcləri varsa, təhsil haqqı proqram tərəfindən veriləcək".

Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov isə deyib ki, pandemiya şəraitinə uyğun olaraq dərslər onlayn olacaqsa və tələbə həmin şəhərdə olmayacaqsa, o zaman yaşayış xərcinin ödənilməsi nəzərdə tutulmur.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...