DİM 10 və 11 iyun 2020-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib
Dövlət İmtahan Mərkəzi (DİM) 10 və 11 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.
SİA DİM-ə istinadən xəbər verir ki, imtahanda iştirak edənlər mərkəzin internet saytına daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə buradan tanış ola bilərsiniz.
Bu imtahanlarında iştirakı nəzərdə tutulan 20896 nəfərdən 463 nəfər imtahana gəlməyib. 10 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahan nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 1 nəfər – Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu toplanıla biləcək maksimal nəticə – 300 bal toplayıb. İkinci ən yüksək nəticəni 297.7 bal toplayan Bakı şəhəri 36 saylı orta məktəbin məzunu göstərib. Bundan əlavə, 4 nəfər (Qəbələ rayonu Vəndam qəsəbəsi 1 saylı orta məktəbin, Qubadlı rayonu 3 saylı şəhər orta məktəbin, Bakı şəhəri 57 saylı orta məktəbin, Bakı şəhəri 178 saylı orta məktəbin məzunları) 297.1 bal toplayıb.
Buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.
İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 13 iyul 2020-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 6-8 iyul tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bu şəxslər üçün ictimai nəqliyyat pulsuzdur- SİYAHI
Sosial 01:03Daha bir HƏMAS komandiri öldürüldü- AÇIQLAMA
Dünya 00:03"Azərbaycan və Ermənistan arasındakı sülh prosesi Cənubi Qafqaz üçün vacibdir"
Siyasət 24 Sentyabr 23:19"Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 mlrd manat təşkil edir"
İqtisadiyyat 24 Sentyabr 23:03Sabirabadda iki avtomobil toqquşub- ölən var
Hadisə 24 Sentyabr 22:31Qazaxıstanda matəm elan edildi - 9 hərbçi vəfat edib
Dünya 24 Sentyabr 22:19Azərbaycan və Özbəkistan arasında 400 milyon manatlıq LAYİHƏ
İqtisadiyyat 24 Sentyabr 22:02Nazirlər Kabinetində geniş iclas keçirilib
Siyasət 24 Sentyabr 22:02Yeni Mini 1998 GT orijinaldan təxminən üç dəfə güclüdür...
Texnologiya 24 Sentyabr 21:52Güzgü labirinti və həssas görüntülər...
Dəb 24 Sentyabr 21:27Misirli bir qadın “Ərə getmək istəyirəm” yazıb və...
Maraqlı 24 Sentyabr 21:08“Tarixinizi öyrənin və bizdən uzaq durun..!”
Dünya 24 Sentyabr 20:51The Guardian: ABŞ-ın Qrenlandiya müqaviləsinə əslində nələr daxildir?
Dünya 24 Sentyabr 20:28BBC: “Trampın Arkası” silahlandırılacaq!
Dünya 24 Sentyabr 20:06Bunu bilmək təhlükəli illüziyaları dağıdır...
Dünya 24 Sentyabr 19:51NI: Rusiya Hərbi Dəniz Qüvvələrinin sirləri Ukraynanın əlinə keçib
Dünya 24 Sentyabr 19:28ABŞ sanksiyalarının təzyiqi altında Rusiya nefti öz mövqeyini itirir
İqtisadiyyat 24 Sentyabr 19:06Putin öz bunkerinə göz dikəcək...
Dünya 24 Sentyabr 18:49“Ukraynalı əsirləri Kim Çen Ina təhvil versək necə olar?”
Dünya 24 Sentyabr 18:27Putinin yeni eskalasiya planı...
Dünya 24 Sentyabr 18:05Strateji valyuta ehtiyatlarımız 91 milyard dollar təşkil edir
İqtisadiyyat 24 Sentyabr 17:06Böyük Qayıdışa dair II Dövlət Proqramının təsdiqi gözlənilir
Siyasət 24 Sentyabr 17:04Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq ediləcək - FƏRMAN
Siyasət 24 Sentyabr 16:57Hər anı qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsi şanlı tariximizdir - Vüqar Rəhimzadə
Siyasət 24 Sentyabr 16:55Formula 1 yarışları Azərbaycanın idman və turizm inkişafına necə təsir edir? -REPORTAJ
Siyasət 24 Sentyabr 16:17İcra başçısı vəzifəsindən azad edilib – SƏRƏNCAM
Siyasət 24 Sentyabr 16:16“Bakcell”də hədiyyə mövsümü başladı
Texnologiya 24 Sentyabr 16:09“Çayların çirklənməsi su ekosistemi və insan sağlamlığı üçün ciddi təhlükədir” - EKOLOQ
Sosial 24 Sentyabr 15:56“Vahid məktəbli forması sosial bərabərliyin təmin olunmasına xidmət edəcək” - TƏHSİL EKSPERTİ
Təhsil 24 Sentyabr 15:38Akademik Rasim Əliquliyev İTV-nin “Xəbərimiz var” proqramının qonağı olub – VİDEO
Siyasət 24 Sentyabr 15:04Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir
Səhiyyə 24 Sentyabr 15:02“Həddindən artıq gübrə istifadəsi torpağın və suyun çirklənməsinə səbəb olur” - EKOLOQ
Sosial 24 Sentyabr 14:55Bakı Formula 1 qonaqlarında hansı təəssüratları yaradıb? - SORĞU
Sosial 24 Sentyabr 14:40“Etimadsızlığın artması cəmiyyət üçün ciddi sosial problemə çevrilir” - SOSİOLOQ
Sosial 24 Sentyabr 14:37Media Trampa qarşı
Dünya 24 Sentyabr 14:02BMT üzvlərinin Rusiyaya qarşı birgə BƏYANATI
Siyasət 24 Sentyabr 14:00Dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ
Siyasət 24 Sentyabr 13:57ABŞ-İran danışıqlarında nə baş verdi?
Siyasət 24 Sentyabr 13:51Azərbaycan–Afrika münasibətlərində yeni mərhələ
Siyasət 24 Sentyabr 13:37Məktəbə yaxın ev niyə daha bahadır? - ARAŞDIRMA
İqtisadiyyat 24 Sentyabr 13:35Trampın çıxışına mediadan REAKSİYA
Siyasət 24 Sentyabr 13:09“Elektrik enerjisi üzrə də ölkənin kifayət qədər güclü generasiya potensialı formalaşıb” -EKSPERT DANIŞDI
İqtisadiyyat 24 Sentyabr 13:03Dünyanın gözündə Azərbaycan və Gürcüstan - AKTUAL
Siyasət 24 Sentyabr 13:03Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib FOTOLAR
Siyasət 24 Sentyabr 13:02“Dağ-mədən sənayesinin inkişafı yeni artım mənbələri formalaşdıracaq” -DEPUTAT DANIŞDI
Siyasət 24 Sentyabr 12:52“Birliyin Gücü”-nə yeni baxış - RAKURS
Siyasət 24 Sentyabr 12:50Kriptovalyuta bazarında son durum necədir? -EKSPERT DANIŞDI
İqtisadiyyat 24 Sentyabr 12:45“Dərman qalıqlarının suya bir-başa axıdılması ekosistemə ciddi zərər vurur” - EKOLOQ
Sosial 24 Sentyabr 12:31Formula 1 Azərbaycan Qran-Prisi: İlk sərbəst yürüş başladı
İdman 24 Sentyabr 12:30"Vahid məktəbli geyimi məktəbdə sosial bərabərliyi gücləndirəcək" - EKSPERT AÇIQLADI
Təhsil 24 Sentyabr 12:25Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Təhsil 24 Sentyabr 12:03Beynəlxalq münasibətlər sisteminin diaqnozu
Siyasət 24 Sentyabr 12:02“Uşaqların ünsiyyətdən yayınmasının bir neçə səbəbləri var” - PSİXOLOQ
Sosial 24 Sentyabr 11:57Valideynləri övladlarını özəl məktəblərə yönəldən əsas səbəblər nələrdir? -TƏHSİL EKSPERTİ DANIŞDI
Təhsil 24 Sentyabr 11:55Dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək
Siyasət 24 Sentyabr 11:54"Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın ixrac strukturunu dəyişə bilər" - POLİTOLOQ
Siyasət 24 Sentyabr 11:12İnfluenserlərdən asılılığı azaltmaq üçün nələr etməliyik? - MARKETOLOQ DANIŞDI
Sosial 24 Sentyabr 11:05“Yeni Dövlət Proqramı qeyri-neft sektorunun şaxələndirilməsində mühüm mərhələdir“ -DEPUTAT DANIŞDI
Siyasət 24 Sentyabr 11:01Bir insanın yoxluğu nə vaxt başlayır? - KÖŞƏ
Sosial 24 Sentyabr 10:43"Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunu gücləndirəcək" - MİLLƏT VƏKİLİ
Siyasət 24 Sentyabr 10:00Bu gün Formula 1 həyəcanı başlayır
İdman 24 Sentyabr 08:56Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi
Sosial 24 Sentyabr 05:17Bu gün Bakının iki rayonunda işıq olmayacaq
Sosial 24 Sentyabr 05:04İtaliya 40 ildən sonra bu qərara gəldi...
Dünya 24 Sentyabr 04:22Qazaxda taxıl sahəsi yanıb- FHN məlumat yayıb
Hadisə 24 Sentyabr 03:05ABŞ dizel yanacağının ixracına 90 günlük qadağa qoyacaq - İDDİA
Dünya 24 Sentyabr 02:21Euronews Azərbaycan musiqisi barədə süjet yayımlayıb
Mədəniyyət 24 Sentyabr 02:02Bu sürücülərdən 30 manat haqq tutulacaq - XƏBƏRDARLIQ
Sosial 24 Sentyabr 01:22İsrailin ABŞ-dakı səfirinin oğlu ağır yaralanıb - İDDİA
Dünya 24 Sentyabr 01:03"Kozinoğlu işi"ndə daha bir MÜƏMMA - keçmiş polis əməkdaşı SAXLANILDI
Dünya 24 Sentyabr 00:23Ərdoğan və Paşinyan arasında Nyu-Yorkda görüş olub
Dünya 24 Sentyabr 00:03Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilson ilə görüşüb
Siyasət 23 Sentyabr 23:31Gəncədə güllələnmə hadisəsi olub
Hadisə 23 Sentyabr 23:19Cüdoçularımız Dünya Çempionatını 11 medalla başa vurublar
İdman 23 Sentyabr 23:03"Tramp və Netanyahu sağ qurtula bilməyəcək" -İrandan SƏRT MÖVQE
Dünya 23 Sentyabr 22:31Bakıda ƏMƏLİYYAT - narkokuryerlik edən şəxslər yaxalanıb
Hadisə 23 Sentyabr 22:19Milli komandamız Tacikistana qalib gəldi- YENİLƏNİB
İdman 23 Sentyabr 22:02Qəbul edilməli olan beş fransız yemək vərdişinin adı açıqlandı...
Maraqlı 23 Sentyabr 21:51Rolls-Royce unikal elektrik avtomobilinin sınaqlarına 350 həftə sərf edəcək
Texnologiya 23 Sentyabr 21:29Niyə maşın sürməzdən əvvəl valerian içmək olmaz?
Səhiyyə 23 Sentyabr 21:07Rusiya afrikalıları müharibəyə cəlb etməyin yeni bir yolunu tapdı...
Dünya 23 Sentyabr 20:52Tramp Qrenlandiya ilə bağlı strategiyasını dəyişib...
Dünya 23 Sentyabr 20:28Putin Səddam Hüseyn və Xomeynini üstələdi..?
Dünya 23 Sentyabr 20:06Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd edilib
Siyasət 23 Sentyabr 19:56NATO təlim meydançalarında yeni bir şəkildə döyüşməyi öyrənir...
Dünya 23 Sentyabr 19:52İran güzəştə getməyəcəyini deyib
Dünya 23 Sentyabr 19:31“Taliban” Rusiya üçün vacib bir məsələdə Kremli məyus etdi...
Dünya 23 Sentyabr 19:28Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb
Siyasət 23 Sentyabr 19:20Rusiyadan qaçan jurnalistlər Putin haqqında həqiqəti açıqladılar...
Dünya 23 Sentyabr 19:07Əfv sərəncamının icrası başa çatıb
Sosial 23 Sentyabr 19:02Milyonlarla insanın həyatı dəyişəcək...
Dünya 23 Sentyabr 18:51Ağcabədidə Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib
Siyasət 23 Sentyabr 18:50“Ümid edirəm ki, sən böyük olacaqsan...”
Dünya 23 Sentyabr 18:28Fransa Martin Ryanın əfv edilməsini alqışlayır
Dünya 23 Sentyabr 18:14Özəl xəbərlər
Digər xəbərlərFormula 1 yarışları Azərbaycanın idman və turizm inkişafına necə təsir edir? -REPORTAJ
Siyasət 24 Sentyabr 16:17“Çayların çirklənməsi su ekosistemi və insan sağlamlığı üçün ciddi təhlükədir” - EKOLOQ
Sosial 24 Sentyabr 15:56“Vahid məktəbli forması sosial bərabərliyin təmin olunmasına xidmət edəcək” - TƏHSİL EKSPERTİ
Təhsil 24 Sentyabr 15:38“Həddindən artıq gübrə istifadəsi torpağın və suyun çirklənməsinə səbəb olur” - EKOLOQ
Sosial 24 Sentyabr 14:55Bakı Formula 1 qonaqlarında hansı təəssüratları yaradıb? - SORĞU
Sosial 24 Sentyabr 14:40
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%



