Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) xalq şairi Vaqif Səmədoğlunun "İntihar" pyesinin tamaşası olacaq. ADU İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, mövzusu müasir həyatdan götürülmüş tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru "Azərbaycan ədəbiyyatı" kafedrasının müdiri, dosent Fəridə Səfiyevadır. Rolları ADU-nun 2 saylı İngilis dili və Filologiya fakültələrinin tələbələri ifa edəcəklər.
Qeyd edək ki, tamaşaçılar arasında bir sıra millət vəkilləri, ədəbiyyat nümayəndələri, eləcə də mədəniyyət və incəsənət xadimləri olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB