Aprelin 30-da Azərbaycan Dillər Universitetində (ADU) Alman dili fakültəsinin, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşəbbüsü və həmin kafedranın baş müəllimi İradə Quliyevanın təşkilatçılığı ilə "Breyn-rinq" adlı intellektual bilik yarışması keçirilib. SİA-nın xəbərinə görə, alman dili fakültəsinin III və IV kurs tələbələrinin biliklərini sınadığı yarışmada fakültə dekanı, dosent Ulduz Aslanova, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Sevinc Rzayeva, eləcə də fakültənin müəllimləri iştirak edib. Bununla yanaşı, yarışmaya Alman dili fakültəsində dərs deyən Heydelberq Universitetinin professoru Robert Şmitt-Brand, DAAD-nin (Alman Akademik Mübadilə Xidməti) müəllimi Doris Böhlke də qatılıb. İntellekt mübarizəsindən öncə iştirakçılar Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktı zamanı həlak olanların ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Alman dilində keçən bilik sınağında hər biri 5 nəfərdən ibarət olan beş komanda- Spitze (Zirvə), Feuerland (Odlar yurdu), Freundschaft (Dostluq), Adler (Qartal) və Piraten (Dəniz quldurları) komandaları 3 mərhələdə bacarıqlarını nümayiş etdiriblər. Hər sualı 1 balla qiymətləndirilən intellektual yarışmada müxtəlif mövzuları əhatə edən 30 sual səsləndirilib. İki mərhələnin nəticələrinə görə, bütün rəqiblərini qabaqlayan Adler və Piraten komandaları finala yüksəliblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən final mərhələsində aktivinə 4 xal yazan Piraten komandası "Breyn-rinq" intellektual bilik yarışmasının qalibi olub. Qalib komandanın üzvləri və II yerin sahibi kitablarla mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB