Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə iyunun 22-də faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş "Azərbaycan II dünya müharibəsi illərində" mövzusunda Beynəlxalq virtual elmi konfrans keçiriləcək. BDU-dan SİA-ya bildirilib ki, elmi konfrans "Microsoft Teams" platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaq.
Virtual elmi konfransda iştirak etmək istəyənlər iyunun 21-i saat 17:00 dək [email protected] ünvanına müraciət edə bilərlər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB