Azərbaycan Marketiq Cəmiyyəti Mərkəzi Avropa Universiteti ilə birgə həyata keçirdiyi Bakı Mini MBA proqramının ilk buraxılışını reallaşdırıb

Azərbaycan Marketiq Cəmiyyəti Mərkəzi Avropa Universiteti ilə birgə həyata keçirdiyi Bakı Mini MBA proqramının ilk buraxılışını reallaşdırıb
Azərbaycan Marketiq Cəmiyyəti Mərkəzi Avropa Universiteti ilə (Budapeşt) birgə həyata keçirdiyi Bakı Mini MBA proqramının ilk buraxılışı və Niderland Marketinq İnstitutu ilə birgə həyata keçirilən MMA Marketinq-A proqramının 1-ci buraxılışının mükafatlandırma mərasimini keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə Azərbaycan Marketinq Cəmiyyətinin icraçı direktoru Aybəy İsayev bildirib ki, bu qeyri-hökumət təşkilatı 2000-ci ildən fəaliyyət göstərir və 90-dan çox lahiyələrə imza atıb. Onun sözlərinə görə, bundan əlavə, bir çox innovativ lahiyələr də QHT tərəfindən həyata keçirilib: "Təhsil, sosial, kənd təsərrüfatı ilə bağlı tədbirlərimiz olub. Bunların içərisində ən önəmli lahiyələrdən biri də Bakı Mini MBA proqramıdır. Artıq bu beşinci məzun günüdür ki, keçiririk. Düzdür, deyə bilərsiz ki, QHT və Məzun günü? Amma biz Avropa Mərkəzi Universiteti ilə əməkdaşlıq edərək həmin universitetin professorlarını təlimə cəlb etmişik və bu ikili tərəfdaşlıq da artıq öz uğurlu nəticələrini verir. Bu gün ikili əlaqələrin inkişafında QHT olaraq öz töhfəmizi verə biliriksə, bu bizim üçün artıq fəxr mənbəyidir".

Aybəy İsayev bildirib ki, Bakı Mini MBA proqramı 6 həftə davam edib. Onun sözlərinə görə, bu təlim 6 modul üzrə gedir və hər modulu bir professor keçir və bu bir həftə ərzində keçirilir.
"Hər modulun axırında imtahan olur. Bizə şirkətlərdən və fərdi müraciərlər olur. Xatırladım ki, təhsil haqqı Bakı Mini MBA prqoramı üçün 3000 AZN-dir və tələbələrə xüsusi güzəştlər nəzərdə tutulur. MMA proqramı isə Hollandiya ilə birgə təşkil edirik və materiallar və imtahan sualları bizə Hollandiyadan imtahandan bir gün əvvəl gəlir. Bu təlimdə isə biz eyni zamanda yerli mütəxəssislərdən də istifadə edirik. Təhsil haqqı isə 1200 AZN dir. Dərslər 72 saata nəzərdə tutulub və 4 ay davam edir", - deyə o əlavə edib.

Daha sonra Hollandiyanın Azərbaycandakı səfiri Arjen Urjiterlinde çıxış edib. Çıxışını Azərbaycan dilində tədbir iştirakçılarını salamlamaqla başlayan səfir bildirib ki, bu gün həm mənim, həm də məzunlar üçün əlamətdar bir gündür: "Bu gün Hollandiyada milli gün-Kraliça günüdür. Keçirdiyimiz bu lahiyənin üstünlükləri böyükdür. Aldığınız diplomların gələcəkdə iş həyatında sizə böyük üstünlükləri olacaq. Biz bu lahiyə ilə Azərbaycan iqtisadiyyatına professional insanlar qazandırırıq və inanırıq ki, bu insanlar Azərbaycan iqtisadiyyatına öz töhfələrini verəcəklər".

Tədbirin davamında çıxış edən qonaqlar layihənin əhəmiyyətindən danışıblar. Sonda bu iki lahiyənin 20 məzununa diplom və sertifikatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə