Misir Mərdanov: “Gələn tədris ili üçün dövlət sifarişli ixtisaslar üzrə təhsil haqlarının artırılması nəzərdə tutulur”- Açıqlama

Misir Mərdanov: “Gələn tədris ili üçün dövlət sifarişli ixtisaslar üzrə təhsil haqlarının artırılması nəzərdə tutulur”- Açıqlama

2011-2012-ci il tədris ili üçün ali təhsil müəssisələrinin dövlət sifarişli ixtisasları üzrə təhsil haqlarının artırılması nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O, hələlik bu artımın nə qədər olacağı haqqında dəqiq məlamat verə bilməyəcəyini deyib.

 

Nazir qeyd edib ki, dövlət sifarişli ixtisaslar üzrə təhsil haqları ödənişli əsaslarla olan ixtisaslar üzrə təhsil haqqından az olmamalıdır: "Düşünürəm ki, Maliyyə Nazirliyi tərəfindən məhz bu məsələ nəzərə alınacaq. Artıq Azərbaycan Nazirlər Kabineti növbəti tədris ili üçün ali məktəblərə qəbul planını təsdiqləyib".

Bütün xəbərlər Facebook səhifəmizdə