“Magistrlərin hərbi xidmətdən azad olunması tələbələrin hüquqlarıdır”-Açıqlama

“Magistrlərin hərbi xidmətdən azad olunması tələbələrin hüquqlarıdır”-Açıqlama
"Magistrlərin hərbi xidmətdən azad olunması tələbələrin hüquqlarıdır. İndiyə qədər onların bu hüquqları pozulub". Bu barədə SİA-ya açıqlamasında təhsil eksperti Şahlar Əsgərov məlumat verib. O bildirib ki, ali məktəbdən əsgərliyə aparılmır, magistratura da ali təhsilin ikinci pilləsidir. Ş.Əsgərovun sözlərinə görə, heç bir qanunda yazılmayıb ki, tələbələr bakalavrdan əsgər aparılmasın, amma magistrdən aparılsın. Bu təkliflərin bir neçə illər bundan öncə həyata keçirilməli olduğunu deyən təhsil eksperti vurğulayıb ki, dəfələrlə mətbuatda, kitablarda magistrlərin hərbi xidmətə aparılmamalı olduğunu qeyd etmişəm.

"Bu gün Azərbaycan ali məktəbərində təhsil alan magistrlərin əksəriyyəti qızdır. Oğlanlar əsgərlikdən sonra oxumaqdan imtina edirlər. Əvvəla onlar bir il yarım vaxt itirərək həvəsdən düşürlər, sonra isə iş tapılmasında problem yaranır. Bu çox incə və nadir bir məsələ idi. Bir misal deyim ki, İsraildə orta məktəbi qurtarandan sonra gəncləri əsgərliyə aparırlar. Onlar həm vətənə qulluq etməklə borcunu verir, həm də bir il müddətində ixtisas seçimi haqqında düşünür, fikrini müəyyənləşdirir, yəni attestat alıb paytaxta qaçmır. Bu gözəl bir təcrübədir. Belə olduqda onlar öz ixtisasını seçib müəyyənləşdirəndən sonra ali məktəbdə boş vaxt itirməz. Azərbaycanda da belə bir halın olması mümkündür. Sadəcə parlament belə bir qanun versə bunun həyata keçirilməsi mümkün olar. Biz müsbət təcrübələri öyrənməliyik. Belə ki, orta məktəbi qurtaran kimi gənclər hərbi xidmətə getsin və yaxud ali məktəbdə təhsilini tam başa vurduqdan sonra borcun versin. Bu variantları ictimaiyyətlə müzakirəyə çıxarıb, düzgün qərar qəbul edərək gəncləri inkişaf etdirmək lazımdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə