Buraxılış imtahanlarına ümumilikdə 197 bina ayrılıb

Buraxılış imtahanlarına ümumilikdə 197 bina ayrılıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 10-da və 11-də keçiriləcək ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları ümumilikdə 197 imtahan binasında, 3284 imtahan zalında keçiriləcək. DİM-dən SİA-ya bildirilib ki, imtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 538 imtahan rəhbəri, 4266 nəzarətçi–müəllim, 393 buraxılışı təşkil edən əməkdaş, 197 bina nümayəndəsi ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə