Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova aprelin 18-dən 21-dək Qazaxıstanda səfərdə olub. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, Beynəlxalq forumda iştirak edən ADU-nun prorektoru həmin ölkənin Abilayxan adına Beynəlxalq Münasibətlər və Dünya dilləri Universitetinin Frankafoniya Universitetlər Agentliyinin qrantını almasını qeyd edib. Bu qrantın əsasında həyata keçiriləcək layihədə Fransanın Strasburq Universitetinin Beynəlxalq Münasibətlər və Tərcümə fakültəsi, Türkiyənin Hacettepe Universitetinin Tərcümə fakültəsi və Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsi vasitəsilə adıçəkilən universitetin Tərcümə fakültəsində gedən islahatlara dəstək verilməsi nəzərdə tutulub.
Hər 3 universitet - Strasburq, Hacettepe və ADU Qazaxıstan Universitetinin Tərcümə fakültəsində aparılan islahatlara kömək etmək məqsədilə onlarla təcrübə mübadiləsi aparacaq, yuxarıda adları çəkilən universitetlərin müəllimləri Qazaxıstan universitetində təlim keçəcəkdir. Bu, tədris planlarının hansı istiqamətdə qurulmasını, tədris materiallarının hazırlanmasını, həm də müəllimlərin metodikasının necə inkişaf etdirilməsini əhatə edəcəkdir.
Səfər zamanı Beynəlxalq Münasibətlər və Dünya dilləri Universitetinin rektoru Səlimə Kunanbayeva qonaqları qəbul edərək ADU-ya Qazaxıstanın Ablayxan adına Universitetinin "Şifahi və yazılı tərcüməçilərin hazırlığı üzrə beynəlxalq konsorsum" forumunda iştirakına görə sertifikat verib. Həmin forumda ADU ilə Qazaxıstanın Beynəlxalq Münasibətlər və Dünya dilləri Universiteti arasında ayrıca niyyət məktubu imzalanıb. Niyyət məktubuna əsasən, müəllim-tələbə mübadiləsi, birgə konfransların keçirilməsi və s. nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB