ÜST-nin nümayəndəsi: “2010-cu ildə Azərbyacanda 52 malyariya hadisəsi qeydə alınıb ki, bunlardan da 50-si yerli, 2-si xaricdən gətirilmə olub”

ÜST-nin nümayəndəsi: “2010-cu ildə Azərbyacanda 52 malyariya hadisəsi qeydə alınıb ki, bunlardan da 50-si yerli, 2-si xaricdən gətirilmə olub”
Ölkədə geniş miqyaslı əks-epidemik tədbirlərin aparılmasının nəticəsində malyariyaya görə epidemioloji nəzərə çarpacaq dərəcədə yaxınlaşaraq 2010-cu ildə cəmi 52 hadisə qeydə alınıb ki, bunlardan da 50 yerli, 2 xaricdən gətirilmə olub. SİA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan ofisinin nümayəndəsi Elxan Qasımov məlumat verib. Malyariyanın 3 növünün - tropik, 3 günlük və dördgünlük olduğunu deyən E.Qasımov bildirib ki, Azərbaycanda yalnız 3 günlük malariyaya rast gəlinir. Onun sözlərinə görə, 2009-2010-cu illərdə yaş qruplarına əsasən malyariya 18 yaşdan yuxarı insanlarda daha çox baş verib. O vurğulayıb ki, malyariyanın yayılmasının cinslər üzrə götürdükdə bu, qadınlar və kişilər arasında bərabər paylanıb.

"Azərbaycanda malyariyanın tarixi çox qədim dövrlərə təsadüf edir. Tarixi yazılı mənbələrə görə, Azərbaycanda malyariyanın endemikliyi hələ Makidoniyalı İsgəndərin dövrünə gedib çıxır. Kür-Araz, Samur, Dəvəçi, Lənkəran və Naxçıvan əraziləri arasında tropik malyariya halları aşkar edilib. 20-ci əsrdə ölkədə 5 epidemioloji vəziyyət qeydə alınıb. Ölkədə malyariyaya görə, vəziyyət 1990-cı ildən sonra çox sürətlə pisləşməyə başlayıb və bu zaman qeydə alınan malyariyanın səbəbi sosial-iqtisadi böhran, Dağlıq Qarabağ münaqişəsi, miqrasiya prosesləri, epidemiyaya qarşı zəif nəzarət tədbirləri və digərləri idi. Epidemiya 1996-cı ildə ən yüksək səviyyəyə çatıb. Həmin il malyariya hadisələrinin sayı 13135 olub. Ölkədə geniş miqyaslı əksepidemik tədbirlərin aparılmasının nəticəsində malyariyaya görə epidemioloji nəzərə çarpacaq dərəcədə yaxşılaşıb.
2008-ci ildə Azərbaycanda Malyariyanın Eliminasiyası üzrə 2008-2013-cü illər üçün Milli Strategiya və tədbirlər Planı qəbul edilib. Yeni milli strategiyanın son məqsədi, respublikanın malyariogen rayonlarında 2013-cü ilədək malyariya ilə yerli yoluxmaların kəsilməsi və onun eliminasiyasıdır. Hazırda Milli Strategiya uğurla həyata keçirilir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə