Nurlan Əliyev: "Dünyanın malyariya xəstəliyi olan 106 ölkəsindən biri də Azərbaycandır" - MÜNASİBƏT

Nurlan Əliyev: "Dünyanın malyariya xəstəliyi olan 106 ölkəsindən biri də Azərbaycandır" - MÜNASİBƏT
Bu gün Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası (ASKA) malyariya mövzusunda media nümayəndələri üçün seminar keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan ASKA-nın sədri Nurlan Əliyev bildirib ki, 25 aprel Dünya Malyariya Günü kimi qeyd edilir. Bunun ağcaqanad vasitəsilə ötürülən ağır xəstəlik olduğunu deyən N.Əliyev vurğulayıb ki, bu xəstəlik 2009-cu ildə 781 000 insanın ölümünə səbəb olub. Dünyanın 106 malyariya mövcud olan ölkələrindən birinin də Azərbaycan olduğunu söyləyən ASKA sədri qeyd edib ki, bu xəstəlik barədə insanların biliklərini artırmaq məqsədi ilə USAİD-nin İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi və Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası media nümayəndələri üçün təşkil edib. Onun sözlərinə görə, bu tədbir jurnalistlərin malyariya barədə biliklərinin artırılması məqsədi daşıyır və bununla da bütün Azərbaycan əhalisinə malyariya barədə çatdırılacaq məlumatların keyfiyyəti yaxşılaşdırılacaq.

Tədbirin davamında çıxış edən Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan ofisinin nümayəndəsi Elxan Qasımov bildirib ki, son illər malyariya ilə mübarizədə dünyada böyük nailiyyətlə əldə edib. O bildirib ki, 2008-ci ildən başlayaraq yüksək keyfiyyətli insektisidlərlə hopdurulmuş 300 milyon miçətkən paylanıb: "2009-cu ildə ev təsərrüfatlarının qalıq təsirli insektisidlərlə işlənməsi vasitəsilə 75 milyon insan mühafizə edilib. Bu tədbirlərin, eləcə də müasir diaqnostika və müalicə üsullarının tətbiqi son on il ərzində təxminən 750 min insanı ölümdən qoruyub. ÜST-nin məlumatına görə, dünyanın 106 ölkəsində 3,3 milyard insan malyariya ilə yoluxma riski altında yaşayır. Hər il dümnyada təxminən 250-300 milyon malyariya hadisəsi qeydə alınır. 2009-cu ildə bu xəstəlikdən 781 min insan dünyasını dəyişib. Dünyada hər 30 saniyədə bir uşaq malyariyadan dünyasını dəyişir. Malyariyanın ümumbəşər bəla olması, lakin bu xəstəliyin qarşısının alınması və müalicəsinin mümkünlüyünün dünya ictimaiyyətinə çatdırmaq məqsədilə ÜST 2007-ci ilin may ayında 60-cı Ümumdünya Səhiyyə Assambleyasında 25 aprel - Ümumdünya malyariya ilə Mübarizə Günün təsis edilməi haqqında qərar qəbul edib. 2011-ci ilidə Ümumdünya Malyariya ilə Mübarizə Gününün mövzusu "Nailiyyət və nəticələrin əldə edilməsi"dir.

Tədbirin davamında mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə