Aprelin 28-30-da Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı keçiriləcək. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, konfransın plenar iclasında ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov giriş sözü ilə çıxış edəcək. Universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov isə konfransın gedişatı və strukturu haqqında məlumat verəcək.
Sonra konfrans tələbələrin məruzələri ilə davam edəcək. Plenar iclasda 4 məruzə səslənəcək. 640 məruzənin daxil olduğu konfrans sonra 22 bölmədə öz işini davam etdirəcək. Tələbələr müasir dövr üçün aktual olan məsələlərə rəy və təkliflərini bildirəcəklər.
TEC-in konfransı aprelin 30-da ADU-nun Heydər Əliyev adına muzey-lektoriyasında öz işini başa çatdıracaq.
Xatırladaq ki, tələbələrin elmi potensialının üzə çıxması, onların elm sahəsində fəallığını istiqamətləndirmək məqsədilə təsis edilən ADU-nun Tələbə Elmi Cəmiyyəti 1960-cı illərdə yaransa da, sonralar fəaliyyətinə xitam verilib. 1998-ci ilin dekabrında isə öz fəaliyyətini yenidən bərpa edib və hər il elmi konfranslar keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB