Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin nəzərinə!
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların (Müsabiqədənkənar qəbul olmağa əsas verən beynəlxalq müsabiqə və yarışların siyahısı) qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
SİA-nın xəbərinə görə, bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər aşağıda göstərilən sənədləri 27 aprel -31 may 2011-ci il tarixlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki) təqdim etməlidirlər:
1) ümumi qaydada müvafiq SQK-da təsdiq olunmuş "Abituriyent ərizəsi" formasının surəti;
2) müvafiq nailiyyətləri təsdiq edən sənədlərin əslini və surətini - diplom və fərdi proqram üzrə iştirakçı ölkələrin sayı göstərilən protokol.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB