Təhsil Nazirliyi xaricdə təhsil və xaricdə təhsil alan məzunların işlə təminatı qaydalarını hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib
"Cənab İlham Əliyev bu günlərdə gənclər təşkilatlarının nümayəndələri ilə görüş zamanı bir sıra nazirliklər, o cümlədən Təhsil Nazirliyi qarşısına bir sıra müvafiq tapşırıqlar qoyub. Bu tapşırıqlar içərisində xaricdə təhsil sahəsində proqramın daha da yeniləşdirilməsi və təkmilləşdirilməsi məsələləri nəzərdə tutulub". Bu barədə SİA-ya açıqlamasında təhsil nazirinin müavini Elmar Qasımov məlumat verib. O bildirib ki, artıq bu ildən başlayaraq Təhsil Nazirliyi xaricdə təhsil üzrə prioritet istiqamətləri elan edib. Onun sözlərinə görə, bu prioritet istiqamətlər içərisində mühəndislik vacib ixtisaslar sayılaraq, xaricdə daha çox bu sahələrdə mütəxəssis hazırlığına diqqəti artırmaq tövsiyəsi olunub.
E.Qasımov vurğulayıb ki, bir sıra sahələr, xüsusilə mühəndislik, tibb Azərbaycan gənclərinin xaricdə təhsili üçün vacib ixtisaslar elan olunduğuna görə bunlara meyl artıb. Bütün bunları nəzərə alaraq xaricdə təhsil və xaricdə təhsil alan məzunların işlə təminat qaydalarının hazırlanaraq Nazirlər Kabinetinə təqdim edildiyini deyən nazir müavini qeyd edib ki, bu qaydalar yaxın günlərdə təsdiq olunacaq.
"Bu qaydalarda nəzərdə tutulub ki, xaricdə dövlət proqramı ilə təhsil alan gənclərin işlə təminatı üçün onlar müvafiq dövlət qurumlarına göndəriş şəklində göndərilsin. Məsələn, mühəndislik sahələrində məzunlar dövlət qurumlarına göndəriş şəklində göndərilsin ki, onlar həmin qurumlarda işlə təmin olunsunlar. Bu gün azərbaycanlı tələbələr çox spesifik və vacib olan ixtisaslarda təhsil alırlar. Bu baxımdan yeni qaydaları həm işçiaxtaran, həm də işəgötürən tərəf koordinasiya edəcək. Dövlət qulluğu üzrə Dövlət Komissiyasının əsasnaməsinə edilən xüsusi dəyişiklərə əsasən də dövlət proqramı ilə təhsil alan məzunların test imtahanında iştirak etmədən müsahibə yolu qəbul olunmaq hüquqları var", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB