Azərbaycanda məktəblilər arasında ilk onlayn bilik müsabiqəsi keçiriləcək
5 - 15 may 2011-ci il tarixlərdə İnteraktiv təlim sistemi olan www.sinif.az saytında Azərbaycanda ilk dəfə "Mənim sinfim" onlayn bilik müsabiqəsi keçiriləcəkdir.
SİA-nın xəbərinə görə, müsabiqə aşağıdakı nominasiyalar üzrə keçiriləcəkdir:
1. IX siniflər üçün "Cəbr və Həndəsəni öyrənirəm" nominasiyasi üzrə;
2. XI siniflər üçün "Qəbul imtahanlarına hazırlaşıram" nominasiyasi üzrə;
3. Orta məktəb kursu üzrə "Sevdiyim fənn" nominasiyasi üzrə;
4. Məntiqi testlər üzrə "Mənim intellektim" nominasiyasi üzrə.
Müsabiqə sinif.az saytının resursları əsasında aparılacaqdır və saytdan istifadə etmək, onun imkanlarını öyrənmək, məzmununu təşkil edən fənləri mənimsəmək, müvafiq testlərdən keçmək vərdişlərini qiymətləndirəcəkdir. Müsabiqənin nəticəsi olaraq, nominasiyalar üzrə I, II, və III yerlər, həmçinin 20 həvəsləndirici yer nəzərdə tutulub.
Müsabiqə həmçinin iştirakçıların bilik səviyyəsini müəyyənləşdirməyə və təhsillərində mövcud olan zəif tərəflərini aşkarlamağa imkan verəcək. Müsabiqə həmçinin maarifləndirici funksiya daşıyacaq və azərbaycanlı istifadəçilərə distant təhsil mədəniyyətini aşılayacaq.
Müsabiqə qalibləri I yer üçün HP notbuku, II və III yerlər üçün genişzolaqlı simsiz elcell modemini əldə edə bilərlər və müvafiq sertifikatlar ala bilərlər. 20 həvəsləndirici yerləri tutanlara isə toplanmış ballar göstərilməklə müvafiq sertifikatlar veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün 5 may 2011-ci il tarixinədək adı, soyadı və sinif.az sistemində istifadəçi adını [email protected] ünvanina göndərmək tələb olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB