Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan məktəblilərin inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib
Bu gün akademik Zərifə Əliyeva adına məktəbdə Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan məktəblilərin inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, inşa müsabiqəsi 2007-ci ildən etibarən keçirilir. Müsabiqədə bir qayda olaraq ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri, peşə liseylərinin şagirdlərinin iştirak etdiyini deyən nazir vurğulayıb ki, builki müsabiqənin məktəb və rayon mərhələlərində 700 minədək məktəbli iştirak edib. O qeyd edib ki, qaydalara görə, hər rayon və şəhərin müsabiqədə sinfindən asılı olmayaraq bir nəfər təmsil edir.
"Builki müsabiqədə peşə liseylərinin şagirdləri də daxil olmaqla 97 nəfər məktəbli yekun mərhələdə iştirak edir. Onlardan 20-si oğlan, 77-si isə qızdır. Yekun mərhələ iştirakçılarının müsabiqə işləri Təhsil Nazirliyində yaradılan komissiya tərəfindən yoxlanılıb qiymətləndiriləcək. Müsabiqənin nəticəsində I, II və III, həmçinin həvəsləndirici yerlərə layiq olanlar mükafatlandırılacaqlar. Ən yaxşı inşa yazıları kitab şəklində nəşr olunacaq. Qaliblər mayın 6-sı Gülüstan sarayında keçiriləcək tədbirdə mükafatlandırılacaq. İnşa yazı qaliblərinə Təhsil Nazirliyi ilə yanaşı Yeni Azərbaycan Partiyası təqaüd, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası isə müxtəlif hədiyyələr təqdim edəcək", - deyə o əlavə edib.
Sonra isə şagirdlərə mövzu təqdim olunub və onlar "İnsanlara və insanlığa nümunə olan dahi şəxsiyyət" mövzusunda yazıları yazmağa başlayıblar.
Qeyd edək ki, tədbirdə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədri Səttar Mehbalıyev də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB