Misir Mərdanov: “Müəllimlərin dövlət qulluqçusu statusunu alması ilə təhsil işçisinin əməkhaqqı, pensiya məsələsi və yaş senzi nəzərə alınacaq” - MÜNASİBƏT

Misir Mərdanov: “Müəllimlərin dövlət qulluqçusu statusunu alması ilə təhsil işçisinin əməkhaqqı, pensiya məsələsi və yaş senzi nəzərə alınacaq” - MÜNASİBƏT
"Müəllimlərin dövlət qulluqçusu statusunu alması mərhələlərlə həyata keçiriləcək. Bununla müəllimlər xüsusi dövlət qulluqçusu statusu alacaq. Əlbəttə bu barədə əlavə düşünmək lazım olacaq". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, təhsil işçisinə dövlət qulluqçusu statusunun verilməsini çoxdan gözlənilirdi. Prezidentin bu addımının Azərbaycan xalqının tarixində yadda qalan hadisə olacağını deyən M.Mərdanov vurğulayıb ki, burada təhsil işçisinin əməkhaqqı, pensiya məsələsi nəzərə alınacaq.

"Bu sərəncam dövlət başçısı tərəfindən son illər təhsil işçilərinə göstərdiyi diqqət və qayğının ən yüksək zirvəsidir. Burada yaş senzi də nəzərə alınacaq. Bu barədə qərar gözləyirik. Söhbət gedir ki, 65 yaşından yuxarı təhsil müəssisəsində işləyən olmasın və bu yaşdan sonra müəllimlər pensiyaya getsin. Hazırda təxminən 30 minə yaxın belə müəllim var. Ilk mərhələdə dövlət qulluqçusu statusunun bütün müəllimlərə şamil olunacağı ilə bağlı sərəncam imzalanandan sonra bu barədə geniş danışmaq olacaq", - deyə nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə