ADU-da TEMPUS layihələri başa çatdı

ADU-da TEMPUS layihələri başa çatdı

Azərbaycan Dillər Universitetində TEMPUS layihəsi çərçivəsində "Azərbaycanda yazılı və şifahi tərcümənin tədrisində islahatlar" təlimlərinə yekun vurulub. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi xəbərə görə, Universitetin Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov müzakirələrdə layihə çərçivəsində bəhs edilən mövzuların önəmini vurğulayıb, bu istiqamətdə qarşılıqlı səfərlərin, ətraflı fikir mübadilələrinin vacibliyini qeyd edib.

Sonda layihə iştirakçılarına sertifikatlar verilib.

Qeyd edək ki, TEMPUS layihəsi çərçivəsində aprelin 18-dən 22-dək keçirilən təlim və müzakirələrdə tərcümə ixtisası üzrə baza və işçi tədris planları, baza tədris planlarının strukturu, minimum dövlət tələbləri, işçi tədris planının strukturu, tədris planının məzmunu, dil hazırlığı komponenti, ixtisas fənləri, tədris planının təkmilləşdirilməsi kimi məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə