Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) 23 aprel "İngilis dili günü" ilə bağlı tədbir keçirilib. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi xəbərə görə, BMT-nin İctimai İnformasiya Departmenitinin Azərbaycandakı nümayəndəliyinin və ADU-nun Xarici dillər kafedrasının müəllimi Aynurə Əmirovanın təşkilatçılığı ilə keçirilən tədbirdə Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva, Xarici dillər kafedrasının müdiri, dosent Salman Nuriyev və tələbələr iştirak edirdi.
Tədbirdə məlumat verilib ki, "BMT-də Dillər Günü" təşəbbüsü ilk dəfə, BMT-nin İctimai İnformasiya Departamentinin Qərargahı tərəfindən fevralın 21-də Beynəlxalq Ana Dili Günü münasibətilə irəli sürülüb. Dil gününün qeyd edilməsinin mahiyyətindən danışan BMT-nin İctimai İnformasiya Departmenitinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Envera Selimoviç bildirib ki, əsas məqsəd qurumun 6 rəsmi dili olan ingilis, ərəb, çin, rus, ispan və fransız dillərinin dünyanın hər yerində mövcud olan BMT sistemi daxilində eyni dərəcədə istifadəsini təmin etməkdir.
Tədbirdə ingilis dilinin müxtəlif dövrlərdə inkişaf templəri haqqında məlumat verilib. Bildirilib ki, ingilis dilinin inkişaf mərhələsi qədim, orta və müasir olmaqla 3 qrupa bölünür.
Qeyd edək ki, "İngilis dili günü" BMT-də "Dillər Günü" təşəbbüsü çərçivəsində ənənəvi olaraq Vilyam Şekspirin anadan olduğu günə təsadüf edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB