Naxçıvan MR-in vergi orqanlarında vakant iş yerlərinə qəbul imtahanının I mərhələsi keçiriləcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 24-də Naxçıvan MR vergi orqanlarında vakant iş yerlərinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, imtahan "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında" Əsasnaməyə müvafiq olaraq təşkil olunacaq. Müsabiqədə iştirak etmək istəyən şəxslər sənədlərini Naxçıvan MR Vergilər Nazirliyində yaradılan Sənəd Qəbulu Komissiyasına təqdim ediblər. İmtahanda iştirak etmək istəyən 21 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərə imtahana buraxılış vərəqəsi 2011-ci il aprelin 20-dən etibarən təqdim olunub.
İmtаhаndа nаmizədlərə 100 sual təqdim olunacaq. Onlardan 80 suаl qanunvericilik sahəsi üzrədir. Bu suallar Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Nazirlər Kabinetinin qərarları, Vergilər Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəllə, Mülki Məcəllə, Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsi və digər qanunvericilik aktlarını əhatə edir. Digər 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq bacarıqlarının yохlаnılması üçün nəzərdə tutulub. İmtahan 3 sааt dаvаm еdir. Hər suаl bir bаllа qiymətləndirilir.
İmtahanın nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdiriləcək. Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahan nəticələrinə dair arayış təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB