“Bu gündən ali təhsil müəssisələrinə başlanan sənəd qəbulu iyun ayının 5-nə qədər davam edəcək. Sənədlər Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə elektron qaydada qəbul edilir”. Bu fikirləri SİA-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib.
O bildirib ki, abituriyentlərə I,II, III və IV ixtisas qruplarından hər hansı birini, eyni zamanda xüsusi qabiliyyət tələb edən V ixtisas qrupu, həmçinin də kolleclərə qəbul olmaq istəyənlər tam orta təhsil bazasında, orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyirəm bəndini seçməlidirlər.
Sektor müdiri söyləyib ki, burada abituriyentlər sərbəstdirlər, birini və ya bir neçəsini seçə bilərlər: “Abituriyentlər mütləq müsabiqədə iştirak etmək üçün ərizələrini təsdiq etməlidirlər. DİM-in məlumat bazalarında abituriyent haqqında məlumatlara əsasən, ərizələrin təsdiqi iki formada həyata keçirilir. Əksər abituriyentlər özləri ərizələrini təsdiq edə bilirlər. Lakin digərləri sənəd qəbulu komissiyalarına yaxınlaşmaqla bunu edə bilərlər. Bunun üçün də mayın 18-dən etibarən DİM-in saytında “online” növbə sistemi aktiv ediləcək və beləliklə ora daxil olmaqla saat neçədə və hansı tarixdə sənəd qəbulu komissiyalarına yaxınlaşacağınız barədə məlumat əldə edəcəksiniz”.
X. Xanlarzadə qeyd edib ki, sənəd qəbulu komissiyaları DİM-in 3 inzibati binasında o cümlədən, Mərkəzin regionlarda yerləşən bölmələrində fəaliyyət göstərəcək: "Kimə hansı bölgə yaxındıprsa, həmin şəxslər həmin bölmələrində ərizələrini təsdiq edə biləcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB