Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub.
Aprelin 20-də travmatologiya-ortopediya, narkologiya və genetika ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 39 həkim iştirak edib. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 34 nəfər (87%) uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları gigiyena və ümumi cərrahiyyə ixtisasları üzrə 04.05.2011-ci il tarixində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB