Peşə təhsil müəssisələrinə qəbulun avqust ayında keçirilməsi planlaşdırılır. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, peşə təhsili müəssisələrində ümumi təhsil fənləri üzrə təhsilalanların attestasiyası fevral ayında yekunlaşıb. İxtisas (sınaq) istehsalat işinin qiymətləndirilməsi və dövlət buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulmur.
Qiymətləndirmə təhsilalanın əvvəlki dövr ərzində nailiyyətləri əsasında aparılır. Qiymətindən narazı qalan təhsilalanlar üçün avqust-sentyabr aylarında buraxılış imtahanları keçirilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB