İinformasiya-kommunikasiya texnologiyaları sahəsində düzgün peşə seçimi müzakirə olunacaq

İinformasiya-kommunikasiya texnologiyaları sahəsində düzgün peşə seçimi müzakirə olunacaq

Mayın 8-də informasiya-kommunikasiya texnologiyaları sahəsində düzgün peşə seçimi və iş imkanları ilə bağlı vebinar təşkil olunacaq.

SİA Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən bildirir ki, peşə seçimi mərhələsində olan gənclərin maarifləndirilməsi məqsədilə təşkil edilən vebinarda agentliyin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov, “Microsoft”un təhsil proqramları üzrə meneceri Emin Axundov, “Cisco” şirkətinin ərazi biznes meneceri Fərid Zeynalov, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov onlayn müzakirələr aparacaq, izləyicilərin suallarını cavablandıracaqlar.

Vebinar Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Facebook” və “YouTube” səhifələrində yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə