Ali məktəblərdə yay imtahan sessiyası nə vaxt keçiriləcək?

Ali məktəblərdə yay imtahan sessiyası nə vaxt keçiriləcək?

Ali məktəblərdə yay imtahan sessiyasının iyun-iyul ayları ərzində həyata keçirilməsi nəzərdə tutulur. SİA-nın verdiyi məlumata görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu il ali məktəblərdə tədris ilinin uzadılması nəzərdə tutulmur: “Bir sıra ixtisaslar üzrə imtahanlar onlayn formatda olacaq. Bu mümkün olmadıqda ənənəvi qaydada imtahanlar təşki oluna bilər”.

Nazir əlavə edib ki, iyun-iyul aylarında imtahan sessiyasında hazır olmayan tələbələr bu barədə ali məktəbləri məlumatlandırmalıdırlar. Belə tələbələr üçün tədris ili öncəsi ayrıca imtahan sessiyası təşkil olunacaq.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə