Millət vəkili: “Azərbaycanda orqan transplantasiyasının aparılmasına qanunvericilik imkan verir” - MÖVQE

Millət vəkili: “Azərbaycanda orqan transplantasiyasının aparılmasına qanunvericilik imkan verir” - MÖVQE
"Azərbaycanda orqan transplantasiyasının aparılmasına qanunvericilik imkan verir". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Sosial siyasət Komitəsinin sədr müavini Musa Quliyev deyib. "Transplantasiya haqqında" qanunun 1996-1997-ci illərdə qəbul olunduğunu deyən millət vəkili qanunun kifayət qədər mükəmməl olduğunu dilə gətirib.

O bildirib ki, bu gün Azərbaycanda istər meyitdən, istərsə də canlı insandan orqanın köçürülməsində heç bir problem yoxdur. Hazırda bu problem yalnız transplantasiya işinin təşkili, xüsusilə meyitdən orqanın köçürülməsi ilə bağlıdır.

"Transplantasiyasının həyata keçirilməsinə mütəxəssis qıtlığı, klinikaların sayının azlığı da çətinlik yaradır. Hazırda transplantasiya Mərkəzi Klinik Xəstəxana və Neftçilər Xəstəxanasında həyata keçirilir. İnsanlar arasında maarifləndirmənin olmaması da transplantasiyanın geniş tətbiqinə problem yaradır. Meyitdən transplantasiyanın edilməsinə mərhumun yaxınları icazə vermir. Buna görə də bu sahədə çox iş görülməlidir. Azərbaycanla müqayisədə İran və Türkiyə daha dindar ölkə olsa da, onlarda bu iş daha yaxşı qurulub", - deyə M. Quliyev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə