Abituriyentlər qəbul imtahanlarına necə hazırlaşsınlar? MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL
“Ümumiyyətlə imtahan hər zaman gərginliklə müşahidə olunan prosesdir. Çünki sizə kimsə qiymətləndirir. Hazırki məqamda bu gərginliyin üzərinə karantin rejimi, eləcə də imtahanlarla bağlı qeyri-müəyyənliyin əlavə edilməsi abituriyentlərin daha da gərginləşməsinə səbəb olur”. Bu fikirləri SİA-ya Dövlət İmtahan Mərkəzinin sektor müdiri Pərviz Kazımov deyib.
Onun sözlərinə görə, karantin rejimində abituriyentlər üçün stressə qarşı ən yaxşı müalicə öz işləri ilə məşğul olmaqdır: “Stress yaranan vəziyyət qarşısında bizim zəifliyimizdir. İmtahan qarşısında abituriyentlər nə qədər az hazırlıqlıdırsa, o zaman onların taleyi özlərindən deyil, təsadüflərdən asılı olacaq. Hazırlıqlı olan şəxslər güclü olduqları üçün onlar da stress olmur”.
P. Kazımov qeyd edib ki, karantin rejimində ali məktəbə hazırlaşanlar oxumaqlarına davam etməlidirlər: “Bütün qeyri müəyyənliyə baxmayaraq müxtəlif üsullardan istifadə etməklə hazırlıq prosesinə məsuliyyətli yanaşmaq lazımdır. Elə insanlar var ki onlar vizual hazırlıq prosesində daha fəaldırlar. Ona görə də abituriyentlər mövcud vəziyyətdə öz stillərini tapmalı, hazırıqlarını ona uyğun şəkildə aparmalıdırlar. İndiki dövrdə oxunanları yazmaq, sxem, diskussiya şəklində tətbiq etmək müsbət nəticələr verə bilər. Burada valideyn faktoru da çox önəmlidir. Bəzən uşaqlar da olan stress özlərinin deyil, valideynin stressidir. Bu da valideynlərin eqo mərkəzi ilə bağlıdır. Çünki valideynlər bir çox hallarda uşaqları ali məktəbə imtahan verərkən özlərini ali məktəbə daxil olan digər valideynlərlə müqayisə etməyə çalışırlar. Rəqabətdə kilitlənmək düşüncə qabiliyyətində problemlərə səbəb olur”.
Dövlət İmtahan Mərkəzi tərəfindən fərdi inkişafa dəstək layihəsinin həyata keçirildiyini deyən qurum mütəxəssisi söyləyib ki, video dərs şəklində həyata keçirilən layihə “facebook” bloku və “youtube” kanalına yerləşdirilir.
P. Kazımovun fkrincə, uşaqların dərsə hazırlığı ilə yanaşı, onların psixologiyası ilə də ciddi məşğul olmaq mütləqdir: “Məktəb psixoloqları var. Amma uşaqların özləri də bu istiqamətdə fəal olmalıdırlar. Yəni onlar fərdi hazırlıqda aktiv mövqedə durmalı, kiminsə öyrətməsini gözləməməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB