"Azərbaycan dünyaya örnək olan model ortaya qoydu" Bəxtiyar Əliyev
“Azərbaycan dövləti Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində pandemiya sınağına ən yaxşı hazırlaşan ölkə kimi özünü göstərə bildi”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
O bildirib ki, cənab prezidentin vaxtında verdiyi fərman və sərəncamlara uyğun olaraq, Azərbaycan koronavirus pandemiyasından ən az itkilərlə çıxa biləcək ölkələr arasına daxil edilir və bununla bağlı proqnozlar verilir: “Hesab edirəm ki, bu tədbirlər nəticəsində həm insanlarımızın sağlamlığı, həm iqtisadiyyatımız qorundu, həm də ölkə təhsilinə kifayət qədər geniş imkanlar yarandı”.
Komitə sədri söyləyib ki, hər bir ölkənin inkişafı onun təhsil və elmindən asılıdır: “Çünki hələ vaxtilə cənab Prezident söyləmişdi ki, insan kapitalının yaradılması, qara qızılın insan kapitalına çevrilməsi Azərbaycanın gələcəyidir. Bununla yanaşı, ölkə başçısı qeyd etmişdir ki, Azərbaycan yüksək texnologiyalar dövləti qurmalıdır və ölkənin gələcəyi yüksək texnologiyalarla bağlıdır. Üçüncüsü isə cənab Prezident bəyan etmişdi ki, artıq neft erası başa çatdı və biz qeyri-neft sektorunu inkişaf etdirməliyik. Görün illər öncə uzaqgörənliklə deyilən bu fikirlər, bu siyasət bu gün öz müsbət nəticəsini verir və Azərbaycan dünyaya örnək olan model ortaya qoydu. Bu baxımdan hesab edirəm ki, müvafiq qurumlar, eləcə də Təhsil Nazirliyi Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri çox bacarıqla həyata keçirərək, çevik şəkildə yaranan vəziyyətdən çıxış yollarını araşdıraraq, elektron hökumətin də yaratdığı imkanlardan, təhsil sahəsində tətbiq olunmuş texnologiyalardan istifadə etməklə ilk təcrübəvi dərsləri hazırlamağa başladılar”.
B.Əliyev vurğulayıb ki, təhsil sahəsində həyata keçirilən layihələr Azərbaycan üçün ilk təcrübə idi: “Çünki bu pandemiyadan sonra dünyada hər şey dəyişəcəyi haqqında fikirlər söylənilir. Hazırda baş verənlər artıq hər şeyin dəyişdiyini göstərən nümunədir. Azərbaycanda da münsaibətlər, işə yanaşma dəyişib. Azərbaycan bu cür böhranlara hazır olduğunu bir daha göstərdi. Hesab edirəm ki, bu gün həyata keçirilən isalahatlar Azərbaycan hökumətinə ən səmərəli yollar tapmasına, yüksək texnologiyaların tətbiqi vasitəsilə bütün sahələrdə məsələlərin səmərəli şəkildə həll edilməsinə imkan verir”.
O qeyd edib ki, bu gün Azərbaycan təhsili pandemiya böhranından çox uğurla çıxmağı bacardı: “Amma eyni zamanda da çoxlu suallarla qarşılaşdı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB