Təhsil Nazirliyi brifinq keçirib

Bu gün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Brifinq keçirib. SİA-nın məlumatına görə tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva iştirak ediblər.

Təhsil naziri C.Bayramov açıqlamasında koronavirusla mübarizə zəmnində atılan addımlar barəsində fikir bildirərkən qeyd edib ki, ölkəmizdə ilk koronavirusa yoluxma halı aşkarlandıqdan sonra cənab Prezidentin tapşırığına əsasən təhsil prosesi dayandırılıb: "Təhsil sistemində son 2 ayda baş verən proseslərlə əlaqədar qeyd edib ki, mart ayının 11-dən etibarən AzTV-nin "Mədəniyyət" kanalı vasitəsilə distant təhsilə başlanıb. Getdikcə TV dərslərin əhatəsi daha da genişlənib. 29 aprel tarixində TV dərslərin 1000-ci dərs proqramı yayımlanancaq. Həmin dərslərdən 1 milyon 600 min şagird faydalanır. "Virtual Məktəb" layihəsinə aprel ayının 2-dən start verilib. Bu da şagirdlərlə müəllimlər arasındakı ünsiyyətin yaradılmasına hesablanıb. Avropa Qızlar Olimpiadasında bu il Azərbaycanın qızlardan ibarət yığma komandası 3 bürünc medal qazanıb. Bir sıra 21 Ali təhsil müəssiələrimizdə onlayn dərslər həyata keçirilir. 95 min nəfər tələbə onlayn dərslərdən yararlanırlar. Aprel ayının 6-dan etibarən 146-3 qaynar xəttin fəaliyyəti daha da genişləndirilib".

C.Bayramov qeyd edib ki, Azercell şirkəti virtual məktəb layihəsindən qeydiyyatdan keçən müəllimlərə dəstək üçün danışıq paketi hazırlayıb. Qeyd edib ki, bununla əlaqədar digər mobil operatorlara da müracət edilib. Nazir bildirib ki, ehtiyac olarsa, yay aylarında da online dərslər davam etdiriləcək ki, şagirdlər növbəti sinifə keçərkən hər hansı problemlərlə rastlaşmasınlar. Ali təhsil sistemi ilə əlaqədar məzmunun çatdırılıması üçün hazırda tətbiq edilən yenj yanaşmalar, qiymətləndirilmələrlə əlaqədar yeni təkliflər hazırlanır.

Müəllimlərin işə qəbul prosesi ilə əlaqədar imtahanların keçirilməsi barədə məlumat verən nazir, yaxın zamanlarda onlayn şəkildə həyata keçiriləcəyini bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə