Müəllimlərin iş yerinin dəyişdirilməsi üçün müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur - Təhsil Nazirliyi
Müəllimlərin iş yerinin dəyişdirilməsi elektron qaydada həyata keçirildiyi üçün, bu il də müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur.
SİA xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin "Telegram" səhifəsində məlumat verilib.
Qeyd edilib ki, elan ediləcək tarixlərdə qeydiyyatdan keçən və elektron ərizəsini təsdiq edən namizədlər iş yerini dəyişmək imkanı əldə edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB