ADU-da “Azərbaycanda yazılı və şifahi tərcümənin tədrisində islahatlar” mövzusunda tədbir keçirilib

ADU-da “Azərbaycanda yazılı və şifahi tərcümənin tədrisində islahatlar” mövzusunda tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) TEMPUS layihəsi çərçivəsində "Azərbaycanda yazılı və şifahi tərcümənin tədrisində islahatlar" mövzusunda təlimlərə start veriliB. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, TEMPUS proqramı çərçivəsində keçirilən təlimlərdə ADU ilə yanaşı, Naxçıvan Dövlət Universiteti (NDU), Lənkəran Dövlət Universiteti (LDU), Gəncə Dövlət Universitetinin (GDU) əməkdaşları da iştirak edirdilər.

Çıxışçılar ədəbi-bədii tərcümə, reklam tərcüməsi, elmi əsərlərin tərcüməsi sahəsində qarşıya çıxan çətinliklər, tərcümənin dəqiqliyi, xarici və yerli tərcüməçilərin oxşar və fərqli cəhətlərini, eləcə də ali təhsil müəssisələrində tərcüməçilik ixtisasının tədrisi məsələlərini müzakirə ediblər. Mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, aprelin 18-dən başlayan təlimlər aprelin 22-dək davam edəcək.


Xatırladaq ki, ADU-nun "Azərbaycanda şifahi və yazılı tərcümənin tədrisi sahəsində islahatlar" adlı layihəsi Avropa Birliyinin TEMPUS IV, 3-cü Çağırış üzrə elan etdiyi müsabiqədə qalib gəlib. Sözügedən layihənin seçilməsi Azərbaycan təhsil sisteminin böyük nailiyyəti kimi qeyd olunmalıdır. Bu, Azərbaycandan olan universitetin Avropa Birliyi layihəsində ilk idarəçiliyi və Avropa universitetlərinin Azərbaycan tərəfindən ilk koordinasiyası olacaqdır. Layihənin məqsədi Bolonya prosesinin tələblərini nəzərə almaqla Azərbaycanda tərcümənin tədrisində islahatlar aparmaq, tədris planlarını, tədris və təlim prosesini daha da təkmilləşdirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə