TQDK-nın internet saytına daxilolmada yaranan problemlər haker hücumu ola bilərmi?
Sınaq imtahanlarının nəticələrinə əsasən deyə bilərik ki, builki abituriyentlərin səviyyəsi keçən ilki kimidir. SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, sınaq imtahanlarına gələn abituriyentlər mütəmadi olaraq qəbul imtahanlarına hazırlaşırlar: "Məsələn III qrup üzrə imtahanlarda iştirak edəcək abituriyentlərin ancaq 40%-i sınaqlarda iştirak edir. Bu il keçirilən sınaq imtahanlarının nəticələrinə əsasən demək olar ki, onların səviyyəsi əvvəlki kimidir. Bəzi cuzi dəyişikliklər var, ancaq elmə əsaslanaraq deyə bilərəm ki, nəticələr eyni səviyyədədir".
Komissiya sədri ötən gün keçirilən imtahandan sonra TQDK-nın internet saytına daxil olmada yaranan problemlərə də münasibət bildirib. M.Abbaszadə bu problemləri provayderlərin fəaliyyəti ilə əlaqələndirib: "Biz əvvəlcədən belə problemin olacağını gözləmirdik. Axşam saat 2-dən sonra internet var idi, ancaq səhər yenidən bu problemlər yarandı. Hazırda bu məsələ ilə bağlı müəyyən araşdırma və yoxlamalar aparılır. İmtahanda iştirak edəcək abituriyentlərin şəxsiyyət vəsiqəsini yoxlamaq üçün Daxili İşlər Nazirliyinin serverinə göndəririk. Həmin məlumatlar DİN-nin serverindəki məlumatlarla yoxlanılır, sonra yenidən bizə göndərilir. Hansı serverdə problemin olduğunu araşdırırıq. Ancaq onu da deyim ki, TQDK-nın saytına haker hücumu ehtimalını istisna etmirik. Buna görə də bütün istiqamətlər üzrə araşdırmalar aparılır".
TQDK sədri builki qəbul planı və ixtisasların siyahısının hələ ki, komissiyaya təqdim olunmadığını söyləyib: "Ancaq buna baxmayaraq, biz hələ də öz işlərimizi davam etdirik. Uşaqlar hələ ki sənəd doldurub imtahanda iştirak edəcəklər və bundan sonra ixtisas seçimləri başlayacaq. Abituriyentlərin konkret ixtisas seçmələri də müəyyən qədər vaxt tələb edir. Biz ona görə indidən işlərimizə başlamışıq, yəqin ki, ixtisas seçiminə qədər ixtisasların siyahısı təqdim ediləcək.
Bu arada qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə sənəd verən abituriyentlərin qabiliyyət imtahanlarının vaxtı açıqlayıb. Belə ki, ali və orta ixtisas məktəblərinə qabiliyyət imtahanında iştirak edəcək abituriyentlərin qeydiyyatı 27 aprel-31 may tarixlərində aparılacaq. Musiqi sənəti, təsviri incəsənət, kino-aktyorluq istiqamətləri üzrə qabiliyyət imtahanı 7-13 iyulda, memarlıq və dizayn istiqamətini seçənlər 14-20 iyulda, idman istiqamətini seçən abituriyentlər isə 20-28 iyulda imtahandan keçəcək. Ali məktəblərə ixtisas seçimi isə 24 iyul-2 avqust tarixlərində aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB