Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilib
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aksiya zamanı 85 nəfər könüllü olaraq qan verib.
Bundan əlavə, nazirliyin təşkilatçılığı ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası təşkil edilib. Aksiya zamanı 172 nəfərdən könüllü olaraq qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB