"Hazırda təhsilin qarşısında duran ən əsas məsələ 9-10-11-ci siniflərin buraxılış və qəbul imtahanları, IV kursda təhsil alan, ümumiyyətlə, buraxılış kursunda təhsil alan tələbələrin diplomlarının verilməsi və akademik öhdəliklərinin yekunlaşdırılmasıdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov karantin rejiminin sonlandırılması ilə əlaqədar ökədə növbəti dövrdə təhsil prosesinin hansı formada bərqərar olunacağı ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
Ekspert bildirib ki, ölkədə karantin rejimi ilə əlaqədar fəaliyyət göstərən bütün ali və orta təhsil müəssisələri, orta ixtisas təhsil müəssisələri, peşə təhsil müəssisələri, hamısı fəaliyyətini dayandırdı və 2 milyon nəfərə yaxın şəxs bu prosesdən kənarda qaldı və əslində bunun müsbət tərəfi də odur ki, alınmış operativ qərarlar nəticəsində Azərbaycanda koronavirusa yoluxanların sayı digər ölkələrlə müqayisədə az oldu: "Xüsusi karantin rejiminin müsbət tərəfi budur. Bundan sonra təhsil alanların təhsildən geri qalmamağı üçün Təhsil Nazirliyi yenə də operativ qərar qəbul edərək virtul dərslər yaratdı, şagirdlər evdə qaldıqları müddətdə də dərsdən qalmadılar.Tədris proqramı axarı ilə davam etdi. İndi məktəblərin bərpası məsələsi gündəmdədir. Bunun birdən-birə olmayacağı dəqiqdir. May ayının 4-ə qədər ölkə ərazisində karantin rejimi hökm sürəcək. İlk iş günü, birinci gün 4 maya təsadüf etdiyinə görə məktəblərin də may ayının 4-də açılması gözlənilir. Lakin, bu kütləvi şəkildə olmayacaq. Yəni, şagirdlərin hamısı eyni vaxtda tədris prosesinə başlamayacaq və yaxud tələbələrin, kollec təhsili alanlar, peşə təhsili alanlar 4 maydan etibarən təhsil prosesinə başlamayacaqlar. Bu proses mərhələli şəkildə həyata keçiriləcək".
Onun sözlərinə görə, ilk növbədə yoluxmanın az olduğu və yaxud müşahidə olunmadığı, son 14 gün ərzində hansı ərazilərdə ki, koronavirusa yoluxma halı müşahidə olunmur, ümumiyyətlə yoluxma və ölüm sayı azdır, həmin ərazilərdə təhsil prosesi mərhələli şəkildə başlanılacaq: "İlkin mərhələdə yalnız 9-10-11-ci siniflərin şagirdləri tədris prosesinə buraxılacaqlar. Çünki, məktəbə buraxılan zaman belə sosial izolyası qaydaları nəzərə alınmalıdır. Yəni, şagirdlər arasındakı məsafə, eyni zamanda məktəbin dizinfeksiya olunması və s. bu kimi məsələlərə dair bizim təkliflərimiz mövcuddur. İlk növbədə 9-10-11-ci siniflərin məktəblərə başlamasına imkan verməliyik. Ona görə ki, onlar buraxılış və qəbul imtahanları verəcəklər. Onların tədrisi bərpa olunmalıdır. Əvvəllər bir sinifdə 30 nəfər təhsil alırdısa indi daha az şagird olmalıdır. Ən azından bir metrlik məsafə gözlənilməlidir. Tədris prosesi zamanı 2 nəfər yanaşı oturmamalıdır. Buna görə də əlavə sinif otaqlarına ehtiyac var, həm də müəllim heyətinin hər biri bu prosesə cəlb olunacaq. İlkin mərhələdə 9-10-11 siniflər, 14 gündən sonra isə hər hansı bir yoluxma aşkarlanmadığı halda 5-9-cu sinifləri, sonrakı mərhələdə isə ibtidai siniflərin tədris proseninə cəlb olunması mümkündür".
Kamran Əsədov vurğulayıb ki, keçirilməyən dərslərin gücləndirilmiş və dərinləşdirilmiş dərs metodu tətbiq etməklə, hətta, bir gün ərzində eyni dərsin iki dəfə keçirilməsi ilə boş qalmış və keçirilməmiş dərslərin bərpası mümkündür: "Düşünürəm ki, Nazirlər Kabineti qərar qəbul edəcək və tədris iyun ayının 14 deyil, biraz gec, hardasa iyun ayının 30-da bitəcək. Başlama vaxtı isə sentyabrın 15-də yox, sentyabrın 1-i və ya avqustun 15-20-də başlanıla bilər".
O qeyd edib ki, hazırda təhsilin qarşısında duran ən əsas məsələ 9-10-11-ci siniflərin buraxılış və qəbul imtahanları, IV kursda təhsil alan, ümumiyyətlə buraxılış kursunda təhsil alan tələbələrin diplomlarının verilməsi və akademik öhdəliklərinin yekunlaşdırılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB