Aprelin 18-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tələbələrin bədii yaradıcılıq festivalı keçirilib. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi görə, universitetin bütün fakültələrindən 27 tələbənin iştirak etdiyi festivalda rəqs, bədii qiraətlə yanaşı, retro və müasir mahnılar da səslənib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin ömür yolunu əks etdirən kiçik süjet də təqdim edilib. Xalq artisti, bəstəkar Faiq Sücəddinov, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, tanınmış kinorejissor Əbdül Mahmudov, Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova və tanınmış rəqqasə, xalq artisti Təranə Muradovadan ibarət münsiflər heyəti də tamaşaçılar arasında idi. Sonda Faiq Sücəddinov münsiflər heyəti adından rektor Səməd Seyidov başda olmaqla, tədbirin keçirilməsində əməyi olan şəxslərə minnətdarlıq etdi və tələbələrə uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2011-ci il fevralın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə 57/6 saylı qərar imzalayıb. Qərara əsasən, Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə 2011-ci ilin mart-aprel aylarında ali məktəblərdə tələbələrin bədii yaradıcılıq festivalı keçiriləcək.
Festival qaliblərinin yekun konserti 2011-ci ilin may ayının birinci ongünlüyündə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB