UNEC-in tələbəsi ACCA-nin (Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) Financial Reporting (Maliyyə hesabatı) imtahanında dünyada ən yüksək nəticəni əldə edib.
Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) 2-ci kurs tələbəsi Nizgan Cəbiyeva dünyanın bir çox ölkəsindən Financial Reporting imtahanında iştirak edən tələbələr arasında ən yüksək nəticə ilə (97%) ACCA-nin Global Prizewinner (Qlobal mükafatçı) adını və pul mükafatını qazanıb.
N.Cəbiyeva bundan öncə 96% nəticə ilə ACCA-nin Financial Accounting (f3) (Maliyyə uçotu) sertifikatını əldə etmişdi.
ACCA haqqında: ACCA (The Association of Chartered Certified Accountants — İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) - maliyyə, mühasibat uçotu və audit sahəsində peşəkar mütəxəssislərin qlobal birliyidir. ACCA imtahanları dünyanın aparıcı beynəlxalq şirkətlərı tərəfindən tanınır və işə qəbul zamanı yüksək qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB