Bu şəxslərin magistratura xərclərini dövlət ödəyəcək

Bu şəxslərin magistratura xərclərini dövlət ödəyəcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, qanunun 14-cü maddəsinə (Təhsil müəssisələri) təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Qanun layihəsi müzakirə olunduqdan sonra səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, indiyə qədər dövlət valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş şəxslərin bakalavr səviyyəsində xərclərini öz üzərinə götürüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə