"Müəllimlər onlayn dərslərin öhdəsindən yüksək səviyyədə gəlir" AÇIQLAMA-ÖZƏL
“Azərbaycanda “Tele dərs” lərlə bağlı ilk təcrübə deyil. Belə ki, 1987-1990-cı ilə qədər Azərbaycan Dövlət Televiziyasında hər fənn üzrə müəyyən vaxtlarda təcrübəli müəllim heyəti tərəfindən əyani vəsaitlər vasitəsilə “Tele dərs”lər təqdim olunurdu. Hazırda isə koronavirus pandemiyasına görə təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasından sonra Təhsil Nazirliyi tərəfindən “Tele Dərs” layihəsinin müasir dövrə uyğun olaraq hazırlanması təqdirəlayiqdir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib.
Bununla yanaşı ölkəmizdə yenilik olaraq onlayn dərslərinin keçirildiyini dilə gətirən ekspert söyləyib ki, bu dərslərin həyata keçirilməsi üçün ölkəmizdə respublika üzrə tam hazırlıqlı 400-dən çox müəllim heyəti var ki, onlar bu dərsləri yüksək səviyyədə keçirmək istiqdarındadırlar: “Məhz həmin müəllimlərin sayəsində Azərbaycan təhsili pandemiya dövründə çaşqınlığa düşməyərək bu işlərin öhdəsindən yüksək səviyyədə gəlir”.
A.Həsrət vurğulayıb ki, bu gün Azərbaycan bölgələrində fəaliyyət göstərən müəllimlər internetlə bağlı imkan tapdıqları zamanı öz şagirdlərinin tədrisdən geri qalmaması üçün əldə etdikləri bilik və bacarıqlarından istifadə edərək məktəblilərlə məşğul olurlar: “Əminəm ki, məhz bu müəllimlərin sayəsində təhsilin inkişafı naminə uğurlu işlər görəcək. Tezliklə bütün dünya eləcə də Azərbaycan koronavirus bəlasından qurtulacaq, bütün sahələr kimi təhsil sahəsi, tədris müəssisələri öz əvvəlki fəaliyyətinə geri dönəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB