Xaricdə təhsil proqramından ümumilikdə 3558 nəfər yararlanıb

Xaricdə təhsil proqramından ümumilikdə 3558 nəfər yararlanıb

2007-2015-ci illərdə qəbul edilən xaricdə təhsil proqramlı ilə ümumilikdə 3558 nəfər xaricdə təhsil alıb. SİA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı COVID-19-la bağlı əsas bacarıqları sürətlə inkişaf etdirməyə istiqamətlənmiş REACT-C19 layihəsinin təqdimatı çərçivəsində açıqlayıb.

Ramin Bayramlı bildirib ki, onlardan 764-ü Türkiyədə təhsil alıb ki, 576-sı da məhz tibb sahəsində oxuyublar. Bu şəxslərdən 384 nəfəri rezidentura, 173 nəfəri baza tibb təhsili, 3 nəfəri magistratura, 16 nəfəri doktorantura təhsili alanlardır.

Onun sözlərinə görə təkcə Türkiyədə yox, dünyanın hər yerində təhsil alıb çalışan onlarla, minlərlə həmyerlimiz var: "Onların böyük əksəriyyəti vətənə dönüblər, bu gün koronavirusa qarşı bizimlə çiyin-çiyinə çalışmaqdadır. Bu gün əldə etdiyimiz uğurları belə kadrlar sahəsində qazanırıq. Onların həmişəlik dönməsi üçün çox yaxşı şərait yaradılıb. Xəstəxanalarımız da maddi-texniki bazaya malikdir, bu günlərdə də hər hansı nöqsan varsa, çox ciddi işlər görülür. İcbari Tibbi Sığorta layihəsinin başlanması həmkarlarımızın münbit çalışması üçün şərait yaradır. Xaricdə xüsusilə tibb sahəsində çalışanların ölkəmizə qayıtması üçün hər cür şərait yaradılır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə