ADAU TV-də 100-cü onlayn dərs keçirilib - FOTOLAR

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizin digər təhsil müəssisələrində olduğu kimi Azərbaycan Dövlət Aqrar Universitetində də təhsil, təlim-tərbiyə prosesi dayandırılmış və bununla bağlı tədbirlər təxirə salınmışdır. Bu dövr ərzində universitetin potensial imkanlarının səfərbər edilərək tələbələrə təhsil proqramının mənimsənilməsinin davam etdirilməsi məqsədilə tədris prosesinin məsafədən, o cümlədən ADAU TV internet televiziyası vasitəsilə təşkili qərara alınmışdır.

17 mart 2020-ci il tarixindən başlayaraq internet televiziyası vasitəsilə keçirilən dərslərin sayı 07 aprel 2020-ci il tarixində saat 12:45-də 100-ə çatmışdır. 100-cü dərs universitetin Epizootologiya, parazitologiya və mikrobiologiya kafedrasının müdiri, dosent Zahir Əlsəgərov tərəfindən aparılıb. Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin müvafiq ixtisasları üzrə 2-ci kurs tələbələri üçün nəzərdə tutulan “Mikrobiologiya” fənnindən onlayn mühazirə mirkoorqanizmlərin morfologiyası və fiziologiyasına həsr olunub.

2019-cu ilin sentyabr ayından istifadəyə verilmiş ADAU TVinternet televiziyasıən müasir avandalıqlarla təchiz olunduğundan yayımın keyfiyyəti də yüksək səviyyədədir. Facebook üzərindən canlı yayımlanan dərslər sonradan ADAU TV-nin youtube portalında yerləşdirilir ki, bu da dərslərin təkrardinlənilməsinə və universitetin təkmil videodərslər bazasının formalaşmasına şərait yaradır.

Dərslərin ADAU TVinternet televiziyasıvasitəsilə keçirilməsinin üstünlüyünü xarakterizə edən ən mühüm cəhətlərdən biri onun ictimaiyyət nümayəndələri, valideynlər, fermerlər, kənd təsərrüfatı istehsalçıları, fərdi təsərrüfat sahibləri üçün açıq olmasıdır ki, bu da tədris prosesinin əmək bazarının tələbləri baxımından qiymətləndirilməsinə çox böyük imkanlar yaradır, şərhlər bölməsində yazılan təkliflər nəzərə alınır. Hər biri 60 dəqiqə olmaqla gün ərzində 6-7 dərs keçirilir və cədvəllərin tərtibində tələbələrin rəyləri, təklifləri nəzərə alınır.Təhsil proqramlarının bölmələrinə uyğun olaraq dərslər azərbaycan, rus və ingilis dillərində aparılır.

Yuxarıda qeyd olunanlarla yanaşı universitetdə təhsil proqramlarının məsafədən mənimsədilməsi məqsədilə tədris materiallarının tələbələrə elektron formada çatdırılması, fənlərin xarakteri və tələbələrin istəyindən asılı olaraq müxtəli üsullardan, o cümlədən Skype, WhatsApp, Zoom, Hangouts proqramlarından istifadə edilməsi yolu ilə də təmin edilir.

Qeyd edək ki, tədrisin məsafədən təşkili bakalvriat səviyyəsi ilə bərabər magistratura səviyyəsində təhsil alan tələbələri də əhatə edir.

Ümumiyyətlə, hazırki dövrdə universitetdə tədrisin məsafədən aparılmasının tələbələri əhatəetmə səviyyəsinin maksimumlaşdırılması əsas vəzifə kimi qarşıya qoyulub.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə