“Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur” mövzusunda konfrans keçiriləcək

“Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur” mövzusunda konfrans keçiriləcək
Aprelin 20-25-i tarixlərində şagirdlərin yaradıcı işlərindən ibarət konfrans keçiriləcək. Bakı şəhər Təhsil İdarəsindən SİA-ya verilən xəbərə görə, "Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur" mövzusunda keçiriləcək konfrans VIII – XI sinif şagirdlərinin yaradıcı işləri əsasında təşkil olunacaq. Konfrans Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 - ci ildönümü məqsədilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə