Ali təhsil müəssisələrində mövcud olan istedad potensialının müəyyənləşdirilməsi işində mühüm əhəmiyyət kəsb edən Tələbələrin ХVI Respublika fənn olimpiadasının keçirilməsinə start verilib.
Olimpiadanın I turu 2011-ci ilin 5-30 aprel tarixlərində ali təhsil müəssisələrində, II turu isə cari ilin mayında Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcəkdir.
Qeyd edək ki, riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dili fənlərini əhatə edən olimpiada qaliblərinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən diplomlar, hədiyyələr və pul mükafatları veriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB