Təhsil Nazirliyinin işçiləri koronavirusla mübarizəyə 510 min manat bağışladı

Koronavirusla Mübarizəyə Dəstək Fonduna Təhsil Nazirliyi də ianə köçürüb. SİA-nın məlumatına görə, ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Təhsil Nazirliyinin Mərkəzi Aparatı, həmçinin tabeliyində olan bir sıra idarə və agentliklər tərəfindən 510 min manat vəsait köçürülüb

Bütün xəbərlər Facebook səhifəmizdə