Qəbul imtahanlarına bu mövzulardan test tapşırığı salınmayacaq EKSPERT RƏYİ-ÖZƏL

Dövlət İmtahan Mərkəzi tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı keçirilən bütün növ imtahanlarda tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq. Bu barədə SİA-ya təhsil üzrə ekspert Kamran Əsədov məlumat verib.

Onun sözlərinə görə, bu o deməkdir ki, 3 martdan etibarən 9-cu və 11-ci sinif şagirdlərinin keçməli olduğu, amma keçə bilmədiyi mövzulardan test tapşırığı salınmayacaq.

K. Əsədov qeyd edib ki, hətta tədris bərpa olunduqdan sonra da bu mövzular keçirilsə belə, onlardan test tapşırığı təqdim olunmayacaq.

Ekspert bildirib ki, 11-ci sinif şagirdinin 3 martdan sonra keçməli olduğu bir çox mövzular 9 -cu sinifdə keçirildiyi üçün abituriyentlər məhz həmən mövzuları 11-ci sinif dərsliklərindən deyil, 9-cu sinif dərsliklərindən oxuyub öyrənə bilərlər: " Hazırda imtahanların nə vaxt necə keçirilməsi məlum deyil. İmtahanların forması hələki öz əvvəlki qaydasında qalıb. Əgər dəyişiklik olsa, bu barədə məlumat veriləcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə